RUSİYA

Lavrov Hindistana gedib

Rusiyanın xarici işlər naziri, həmçinin, Pakistan, Hindistan və Çinin xarici işlər nazirləri ilə işgüzar görüşlər keçirəcək.
Sputnik
BAKI, 4 may — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ŞƏT Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Hindistana gedib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Nazirlərin iyulun 3-dən 4-dək Yeni Dehlidə keçiriləcək ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasına hazırlaşacaqları dəqiqləşib. Xarici işlər nazirlərinin təşkilatın genişləndirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.
Lavrov, həmçinin, Pakistan, Hindistan və Çinin xarici işlər nazirləri ilə işgüzar görüşlər keçirəcək.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Hindistanın paytaxtına gəlib. Tərəflər beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.