BAKI, 4 may - Sputnik. Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 4 günlük danışıqlar başa çatıb.
Bu barədə diplomatik mənbələr məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edirdi. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Danışıqlar başa çatandan sonra nazirlər yenidən ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüblər.
Entoni Blinkenin iştirakı ilə keçirilən görüşdən sonra Ceyhun Bayramov və Ararat Mirzoyanın mətbuat konfransı keçirilib.
Blinken görüşün nəticələri barədə mediaya pozitiv açıqlamalar verib.
Nazirlərin növbəti görüşü Moskvada gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı vasitəçilər olmadan birbaşa danışıqlara çağırıb.
Ermənistan baş naziri Nikol Paşinyan da öz növbəsində Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bildirib. Hətta bu hadisənin iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində baş verə biləcəyini istisna etməyib.