RUSİYA

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib

Nüvə enerjisi Avropa İttifaqının (Aİ) bir sıra üzv dövlətlərinin enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Sputnik
BAKI, 3 may - Sputnik. Çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru bildirib ki, Avropa Birliyi Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığa məhdudiyyətlər qoysa, özünə zərər verəcək.

“Bizə aydındır ki, Brüssel, qaz təchizatı ilə bağlı vəziyyətdə olduğu kimi, dinc atoma məhdudiyyətlər qoymağa çalışarsa, vəziyyəti daha da pisləşdirəcək”, - deyə Zaxarova vurğuılayıb.

Diplomat onu da əlavə edib ki, “bu halda təkcə Avropa istehlakçılarının enerji ilə etibarlı təchizatı deyil, həm də Avropa İttifaqı ölkələrində bir sıra elektrik enerjisi istehsal edən obyektlərin nüvə təhlükəsizliyi risk altında ola bilər”.
Onun sözlərinə görə, Rusiya atomuna qarşı sanksiyaların yayılmasına nail olmaq cəhdləri "xarici havadarları sevindirmək üçün Aİ rusofobları tərəfindən həyata keçirilir".
"Nüvə enerjisi, Avropa İttifaqı daxilində ona olan münasibətlə bağlı bütün fikir ayrılıqlarına baxmayaraq, bu xüsusi assosiasiyaya daxil olan bir sıra ölkələrin və müvafiq olaraq bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas elementi olaraq qalır", - deyə Zaxarova vurğulayıb.
XİN rəsmisi təəssüflə qeyd edib ki, Avropa İttifaqının bəzi dairələri Rusiya ilə enerji əməkdaşlığının bu sahəsini siyasiləşdirməyə çalışırlar, görünür, eyni zamanda nüvə yanacağı və texnologiyasının ABŞ ixracatçıları üçün bazarı təmizləyirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.