RUSİYA

Qərb Rusiyanın təbii ehtiyatları olmadan keçinə bilmədiyini etiraf edir - Patruşev

Rusiya Federasiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Qərb öz planlarına uyğun olaraq Rusiyaya qarşı ardıcıl olaraq siyasi, hərbi və iqtisadi təzyiqləri gücləndirir.
Sputnik
BAKI, 3 may — Sputnik. Qərb öz bəyanatlarında faktiki olaraq etiraf edir ki, o, Rusiyanın guya haqsız yerə malik olduğu təbii ehtiyatları olmadan mövcud ola bilməz.
Bunu Rusiya Federasiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"ABŞ və onun avropalı müştəriləri heç bir tərəddüd etmədən beynəlxalq təşkilatların tribunalarından Rusiyanın su ehtiyatlarının planetin bütün dövlətləri tərəfindən istifadə edilməsi ilə bağlı ideyaları təbliğ etməyə icazə verirlər. Onlar utanmadan Rusiyada şirin su ehtiyatlarının ölkənin əhalisi və iqtisadi fəallığı ilə heç bir əlaqəsi olmadığını iddia edilən məlumatlarla hoqqabazlıq edirlər", - deyə Patruşev "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qərəzli Qərb alimləri və siyasətçiləri qəti şəkildə bəyan etməyi öz öhdələrinə götürürlər ki, guya dünyada mövcud olan təbii sərvətlərə yalnız kollektiv Qərb ölkələrinin sərəncam vermək hüququ var və bu sərvətlər Rusiyaya ədalətsiz şəkildə bəxş olunublar.

"Qərb bu cür bəyanatlarla, əslində Rusiyanın təbii ehtiyatları olmadan keçinə bilməyəcəyini etiraf edir", - deyə Patruşev vurğulayıb.

O, Dünya İqtisadi Forumunun təsisçisi və rəhbəri Klaus Şvabın müdafiə etdiyi konsepsiyaya toxunub. Bu konsepsiya yalnız müəyyən insanların dairəsi üçün firavan həyatın yaradılmasını nəzərdə tutur.
"Şvabın və onun kimi başqalarının nəzəriyyələrinə görə, "möcüzəli dünya" Rusiyaya və onun sakinlərinə aid deyil. Qərb öz planlarına uyğun olaraq ölkəmizə qarşı ardıcıl olaraq siyasi, hərbi və iqtisadi təzyiqləri gücləndirir", - deyə Patruşev izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.