PAYTAXT XƏBƏRLƏRİ

Kür-Bakı magistral su kəmərindəki qəza aradan qaldırılıb, su verilişi bərpa olunub

Ötən gün Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə ətraf əraziləri su basıb.
Sputnik
BAKI, 3 may — Sputnik. Kür-Bakı magistral su kəmərində ötən gün baş verən qəza aradan qaldırılıb. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Su kəmərində baş verən qəzaya görə Bakının susuz qalan bəzi ərazilərinə suyun verilməsi bərpa olunub", - deyə A.Cəbrayıllı qeyd edib.

Qeyd edək ki, ötən gün Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə ətraf əraziləri su basıb.
Qəzaya görə Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.
(Trend.az)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.