BAKI, 3 may — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin aprel ayı ərzində 286 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Dövlət Neft Fondunun məlumatında deyilir.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, 2023-cü ilin fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində, 2023-cü ilin mart ayı ərzində isə 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Beləliklə, mart ayı ilə müqayisədə aprel ayında valyuta satışı 97,9 milyon dollar azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.