MƏDƏNİYYƏT

Azərbaycanlı duet Mariya Zaxarovanın şeir misralarını meqahitdən daha yaxşı ifa edib

Aleksandr Əliyev və Nəvai Bəkirov məşhur rusiyalı müğənninin yubiley albomunun çəkilişində iştirak ediblər.
Sputnik
BAKI, 3 may — Sputnik. Azərbaycanlı "HammAli & Navai" dueti (Aleksandr Əliyev və Nəvai Bəkirov) Rusiyanın xalq artisti Valeriyanın "Həddə qədər" hitini səsləndirib.
Bu yaxınlarda rusiyalı meqaulduz öz yubileyinə həsr olunmuş "İkinci İnternet Albom" musiqi albomunu təqdim edib. Valeria MONA, "Ruki vverx!" ("Əllər yuxarı!") və "The Limba", "HammAli & Navai" də daxil olmaqla gənc həmkarlarını səsyazmasında iştirak etməyə dəvət edib.
Bütün ifaçılar onun məşhur kompozisiyalarını öz üslublarında daha yaxşı ifa ediblər. Azərbaycanlı müğənnilər Valeriyanın "Həddə qədər" mahnısını seçiblər. Bu mahnını müğənni 2020-ci ildə musiqisini yazan Maksim Fadeyevlə duetdə ifa edib. Şeirin müəllifi isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadır.
2021-ci ilin sonunda video "YouTube"da 18 milyon baxış toplayıb.
"Maraqlısı budur ki, heç kim bu mahnını xüsusi olaraq təbliğ etməyib. Heç bir texnoloji və ya digər stimullaşdırıcı vasitə olmayıb. Dinləyicilər sadəcə onu dinləyib və izləyirlər", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz "Telegram" kanalında yazıb.
Aleksandr Əliyev və Nəvai Bəkirov birgə konsertlərini verməyə davam etmələrinə baxmayaraq, dörd illik əməkdaşlıqdan sonra 2021-ci ildə "HammAli & Navai" duetinin dağıldığını elan ediblər. Onlar 2017-ci ildən etibarən çıxış edirlər və bu müddət ərzində inanılmaz uğurlar əldə ediblər.
Duetin ilk hiti "Sən mənim kimyamsan" mahnısı olub. "Məni rəqs meydançasına buraxın" kompozisiyası "YouTube"da 90 milyon baxış toplayıb. Yeni "Quş" və "Pəncərədə" mahnıları isə Rusiya musiqi çartlarında birinci yeri tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.