CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra çaylarda suyun səviyyəsində azalma müşahidə olunur

Azərbaycanda Kür Qıraqkəsəmən, Qudyalçay Xınalıq, Vəlvələçay Təngəaltı və Dəstəfuçay Qaraqollar müşahidə məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunur
Sputnik
BAKI, 2 may — Sputnik. Kür Qıraqkəsəmən müşahidə məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 385 sm-dir. Bu da dünənki müşahidə ilə müqayisədə 6 sm azdır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Digər məntəqələrdən verilən məlumat isə belə olub: Qudyalçay Xınalıq məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, suyun səviyyəsi 59 sm-dir. Bu da dünən axşam saatları ilə müqayisədə 1 sm azdır. Qudyalçay Qımıl məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 51 sm-dir. Bu da dünən axşam saatları ilə müqayisədə 1 sm az olub.
Vəlvələçay Təngəaltı məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 96 sm-dir ki, bu da axşam saat 20:00 ilə müqayisədə 6 sm çoxdur.
Dəstəfuçay Qaraqollar müşahidə məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 33 sm-dir ki, bu da dünənki müşahidə ilə müqayisədə 1 sm çoxdur.