SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb - XİN nümayəndəsi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, iki ölkə arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı yetişib.
Sputnik
BAKI, 1 may - Sputnik. "Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilir.