BAKI, 1 may - Sputnik. İrana qarşı müddətsiz sanksiyaların tətbiqi ilə bağlı ABŞ Konqresində qanun dəyişikliyi ilə bağlı təşəbbüs irəli sürülüb.
Bu barədə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, təşəbbüsün müəllifi Maykl Makkalın mətbuat xidməti məlumat verib.
ABŞ Prezidentinə İran iqtisadiyyatına qarşı sərt sanksiyalar tətbiq etməyə icazə verən qanunun müddətsiz olması ilə bağlı həm Demokrat, həm də Respublikaçılar partiyalarından olan amerikalı siyasətçilər Konqresin hər iki palatasında təşəbbüs irəli sürüblər.
Qeyd olunub ki, İrana qarşı sanksiyaları sərtləşdirmək, iqtisadiyyatın bir çox sahələrini əhatə edən sanksiyalar tətbiq etməkdə məqsəd bu ölkənin enerji sektoru ilə yanaşı digər sahələrinə də zərbə vurmaqdır və bunun üçün ABŞ prezidentinin səlahiyyətlərini daha da artırmaq lazımdır.
Xatırladaq ki, əvvəllər də bu təşəbbüs irəli sürülməsinə baxmayaraq, Konqresin hər iki palatası tərəfindən qəbul edilməyib.