RUSİYA

Volodin: Rusiyaya qarşı sanksiyaların yükü Avropa vətəndaşlarının çiyninə düşüb

Rusiya Federasiyası Dövlət Dumasının sədri Qərb ölkələrinə ilk növbədə öz vətəndaşlarının maraqlarını düşünməyi tövsiyə edib.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Avropa vətəndaşları Vaşinqton və Brüsselin qərarlarının bütün yüklərini, o cümlədən öz ölkələrindəki inflyasiyanı yaşayırlar. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Federasiyasına qarşı sanksiyalara görə Qərb ölkələrindəki vəziyyəti şərh edərkən bildirib.

“İqtisadiyyat çatlamağa başlayır, inflyasiya damdan keçir. Avropa vətəndaşlarına gəlincə, onlar Vaşinqton və Brüsselin qərarlarının bütün yüklərini daşıyırlar. Bu müddət ərzində bir sıra hökumətlər artıq istefa verib”, - Volodin “Rossiya 1” kanalında “Moskva.Kreml.Putin” proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da böhran artıq kulminasiya nöqtəsinə çatıb.
VolodinQərb ölkələrinə ilk növbədə öz vətəndaşlarının mənafeyini düşünərək, “başlarını işlətməyi” və məsuliyyətlərini dərk etməyi tövsiyə edib.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırdı və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.