BAKI, 30 aprel - Sputnik. İdman “şübhəli eksperimentlər” platformasına çevrilməməlidir, transseksual idmançıların yarışlara, o cümlədən Olimpiya Oyunlarına buraxılması idmanın mövcudluğuna təhlükə yaradır. Bu barədə RİA Novosti-yə bazar günü Rusiya Xarici İşlər Nazirliyindən daxil olan məlumat deyilir.
Daha sonra bildirilir ki, 2021-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) transseksualların rəqabət aparmasına icazə vermək məqsədilə beynəlxalq federasiyalar üçün bir sıra təlimatlar dərc edib. Orada xüsusilə qeyd olunub ki, “qəbul meyarlarına cavab verən hər bir idmançı özünü daha yaxşı hiss etdiyi cins kateqoriyasında yarışmalıdır”. Elə həmin il ilk transseksual idmançı Olimpiya Oyunlarında iştirak edib.
“Bu cür yeniliklər qadın idmanının mövcudluğuna təhlükə yaradır, çünki indi cinsini dəyişmiş və açıq-aydın fiziki üstünlüyə malik kişilər yarışa buraxıla bilər. Bu halda Tomas Baxın bu qədər önəm verdiyi hansı ədalətli oyun və ayrı-seçkilik olmadan idmana çıxış prinsiplərindən danışmaq olar?", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Xarici İşlər Nazirliyindən o da əlavə edilib ki, bu cür təşəbbüslər “Olimpizmin beynəlxalq səviyyədə tanınmış əsaslarını sarsıdan” növbəti damladır:
“Başqa sözlə, biz dünya idmanının neoliberal transformasiyasının, idmanda dünya ictimaiyyətinə “yeni normal”ın təlqin edilməsinin şahidi olacağıq, qeyd etmək lazımdır ki, bunu hamı paylaşmır”.
XİN onu da vurğulayıb ki, idman “şübhəli eksperimentlər” platformasına çevrilməməlidir, ayrı-seçkiliyə yol verilməməsi və bərabər rəftar prinsipi qadın idmançıların hüquqlarını pozmaq və bəzi guya həssas qruplar üçün üstünlüklər yaratmaq üçün istifadə edilə bilməz:
“Biz ondan çıxış edirik ki, ənənəvi mənada yarışların kişi və qadın növlərinə bölünməsi rəqabətli mübarizənin yeganə ədalətli norması olaraq qalır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.