BAKI, 30 aprel - Sputnik. Rusiya tərəfi Qərb nümayəndə heyətlərinin vəziyyətə müdaxilə etmək cəhdlərinə baxmayaraq BMT Təhlükəsizlik Şurasının səmərəli fəaliyyətini təmin edə bilib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Rusiya XİN-in bəyanatı Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin yekunlarına dair verilib.
Aprelin 30-da Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına sədrliyi başa çatır.
"Qərb nümayəndə heyətlərinin səyləri nəticəsində Təhlükəsizlik Şurasında çox gərgin vəziyyətə baxmayaraq, biz BMT sisteminin bu ən mühüm orqanının səmərəli fəaliyyətini təmin edə bildik", - XİN əlavə edib.
Belə ki, Rusiya nümayəndələri aprel ayı üçün bütün tədbirləri mandat-hesabat dövrünə uyğun keçiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.