Heydər Əliyev ili

“Heydər Əliyev və Azərbaycanın intibah dövrü” - Neftçalada keçirilmiş elmi konfrans

Azərbaycanın qalib Ordusunun təməlinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu amilin Azərbaycan dövlətinin intibah və oyanış dövrü olduğu diqqətə çatdırılıb.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın intibah dövrü”, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında elmi praktiki konfrans keçirilib.
Azərtac əvvəlcə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və Ulu Öndərin həyatını əks etdirən foto-guşəyə baxış keçiriblər.
Konfransda Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Neftçalada elmi konfrans: “Heydər Əliyev və Azərbaycanın intibah dövrü”
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətindən danışıb.
Bildirilib ki, bu gün Azərbaycan qalib ölkədir, haqq yolunda vüqarla irəliləyir, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid, mərd oğullarımızın şücaəti ilə düşmən işğalından azad olunub.
Bu qalib Ordunun təməlinin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu amilin Azərbaycan dövlətinin intibah və oyanış dövrü olduğu diqqətə çatdırılıb.
Konfrans qonaqların iştirakı və video formatda davam edib. Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Dünya Azərbaycanlıları Əlaqələndirmə şurasının üzvü Sergey Markov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.