DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Eyfel qülləsində ürək əməliyyatı keçirildi

Bildirilir ki, ziyarətçi qülləni gəzərkən ürək tutması keçirib və çağırışa gələn tibb işçiləri təcili olaraq kişini əməliyyat etmək qərarına gəliblər.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Parisdə Eyfel qülləsinin ikinci mərtəbəsində ürəyi dayanan şəxs yerindəcə əməliyyat olunub.
Ziyarətçi qülləni gəzərkən ürək tutması keçirib. Çağırışa gələn tibb işçiləri təcili olaraq kişini əməliyyat etmək qərarına gəliblər. Xəstə ECMO (ekstrakorporeal membranın oksigenləşdirilməsi) əməliyyatından keçib.
Eyfel qülləsi
İki saat sonra həyat əlamətləri olan şəxs Parisin 15-ci rayonundakı tədris xəstəxanasına aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.