BAKI, 30 aprel - Sputnik. Amerikalı jurnalist Klayton Morrisin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası getdikcə daha çox Çinlə mümkün münaqişəyə diqqət yetirir, Ukraynanı daha az müzakirə edir.
Bu barədə "Redacted News" məlumat yayıb.
Aparıcı “Politico”nun məqaləsinə reaksiya verib. Həmin məqalədə qeyd olunub ki, Ağ Ev rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğundan və sonrakı nəticələrindən narahatdır.
“Amerikalıların burada işi bitdi. Ukrayna Prezidenti Vladimir Zelenski ilə hər şey aydındır. Biz yeni səhifəyə başlayırıq və diqqətimizi Çinə yönəldirik – mesaj budur”, – Morris bildirib.
O, həmçinin əlavə edib ki, Vaşinqtonun maraqlarının Pekinlə qarşıdurmaya doğru dəyişməsini ABŞ qoşunlarının Filippində keçirdiyi təlimlər göstərə bilər.
Bayden daha əvvəl ABŞ-ın Şimali Koreya ilə diplomatik gərginliyi azaltmağa can atdığını iddia etmişdi. O, bu barədə Cənubi Koreya lideri ilə birgə mətbuat konfransında bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.