DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Asiyanın ən zəngin bankiri dolları ən böyük maliyyə terrorçusu adlandırdı

Mütəxəssisin qənaətinə görə, dünya alternativ valyuta axtarır və Hindistan rupini belə ehtiyat valyutaya çevirə bilər.
Sputnik
BAKI, 30 aprel - Sputnik. Asiyanın ən zəngin bankiri Uday Kotak Dehlidə keçirilən "ET Awards" mərasimində çıxış edərək dolları ən böyük maliyyə terrorçusu adlandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

“Dünyanın ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır. Bütün pulumuz nostro hesablardadır və ABŞ-da kimsə deyə bilər ki, sabahdan onu çıxara bilməyəcəksiniz" - deyə Kotak bildirib.

O əlavə edib ki, dünya alternativ valyuta axtarır və Hindistan rupini belə ehtiyat valyutaya çevirə bilər. Avropa və ya Yaponiyanın öz valyutalarını ehtiyatları ilə bunu edəcəyinə şübhə ilə yanaşıram. Çinin isə bütün dünyada ciddi inam problemi var.
Bundan əvvəl “The Economist” jurnalı dolların qlobal iqtisadiyyata hələ də təsir etdiyini, lakin yuanın gücləndiyini yazmışdı.
Zaman-zaman alternativ ehtiyat valyutaya tələbat yaranır və bazar dolların qaçılmaz tənəzzülü ilə bağlı proqnozlarla dolur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.