BAKI, 30 aprel - Sputnik. Rusiya Milli Qvardiyasının keçmiş direktor müavini Aleksey Kuzmenkov Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təchizat (MTT) üzrə müavini təyin edilib. Bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“General-polkovnik Aleksey Kuzmenkov Rusiya Federasiyası Müdafiə nazirinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh müavini vəzifəsinə təyin edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Kuzmenkov 1992-ci ildə Volsk Ali Hərbi Maddi-Texniki Təchizat Məktəbini bitirib və 2019-cu ilə qədər Rusiya Federasiyası Silahlı Qüvvələrinin maddi-texniki təminat orqanlarında müxtəlif vəzifələrdə xidmət edib.
2014-2018-ci illərdə RF Silahlı Qüvvələrinin Maddi-texniki Təminat Baş Qərargahına rəhbərlik edib. 2018-2019-cu illərdə Cənub Hərbi Dairəsi komandanının maddi-texniki təminat üzrə müavini olub.
2019-cu ildən Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidməti direktorunun müavini - Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Baş Komandanı vəzifəsində çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.