HADİSƏ

Sumqayıtda 7 yaşlı uşaq məşq zamanı boynu qırılaraq ölüb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Sumqayıt şəhərində 7 yaşlı uşaq məşq zamanı ölüb.
“Report”un məlumatına əsasən, olay şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı FM. idmanla məşğul olduğu zallardan birində məşq zamanı boynu qırılaraq həyatını itirib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.