MƏDƏNİYYƏT

Rusiyanın Xalq artisti Yelena Sanayeva ilə yaradıcılıq görüşü keçiriləcək

Buratinonun sərgüzəştləri” filmindəki tülkü Alisa rolu ilə aktrisa əbədi olaraq sovet kinosunun Qızıl Fonduna daxil olub.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Mayın 5-də Bakıdakı Rus Evində “Müasir pyes məktəbi” teatrının aktrisası, “Rolan Bıkov” Beynəlxalq Uşaqlar və Yeniyetmələr üçün kino və televiziya inkişafı Fondunun vitse-prezidenti, Rusiyanın Xalq artisti Yelena Sanayeva ilə yaradıcılıq görüşü keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, Yelena Sanayeva – xarakterik rolların parlaq ifaçısıdır. “Buratinonun sərgüzəştləri” filmindəki tülkü Alisa rolu ilə aktrisa əbədi olaraq sovet kinosunun Qızıl Fonduna daxil olub. O, “General Rəhimov”, “Rus üzrə”, “Buludların arxasında səma” və s. kimi 43 filmdə çəkilib.