BAKI, 29 aprel - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Baş nazir dövlət katibi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqları müzakirə edib.
Tərəflər arasında Laçın yolundakı vəziyyət ətrafında fikir mübadiləsi olub.