Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır

Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır
Sputnik
BAKI, 29 aprel - Sputnik. Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır", - deyə qeyd olunub.