BAKI, 29 aprel - Sputnik. Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması, "Toyota" markalı avtomobilin 6 sərnişinin yaralanması, "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək.