HADİSƏ

Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb

Hadisə vaxtı avtomobildə olan dörd nəfərdən biri - 22 yaşlı Şıxıyev Sənan Siyavuş oğlu xəsarət alıb.
Sputnik
BAKI, 29 aprel - Sputnik. Ağdamda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.
Hadisə nəticəsində 27 yaşlı Qasımov Aydın Kamil oğu, onun həmyaşıdı Musayev Təhməz Taryel oğlu və 22 yaşlı İbadov Yusif Kamil oğlu ölüblər.
Hadisə vaxtı avtomobildə olan dörd nəfərdən biri - 22 yaşlı Şıxıyev Sənan Siyavuş oğlu xəsarət alıb.