BAKI, 28 aprel — Sputnik. Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.
Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil:
"Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problem COVID-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə əlaqədar yaranıb".
Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2019-cu ilin iyul ayından başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.