BAKI, 28 aprel - Sputnik. Tatarıstan Azərbaycana Kazanda baş konsulluq açmağı təklif edib Bu təklifi Rusiyanın Tatarıstan bölgəsinin başçısı Rüstəm Minnixanov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə səsləndirib.
"Kazanda Azərbaycan baş konsulluğunun açılması təklifinin baxılmasına şad olarıq", - deyə Tatarstan rəhbəri qeyd edib.
O, Azərbaycan və Tatarıstan arasında ticarət və investisiya əməkdaşlığı sahəsində geniş potensialın olduğunu bildirib.
O, Azərbaycan və Tatarıstan arasında ticarət və investisiya əməkdaşlığı sahəsində geniş potensialın olduğunu bildirib.
***
Tatarıstanlı iş adamları Azərbaycana dəvət olunub.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabındakı paylaşımda bildirib.
"Azərbaycan-Tatarıstan Biznes Forumunda ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes tərəfdaşlığının təşviqi barədə danışdıq. Tatarıstanlı iş adamlarını dövlət tərəfindən xüsusilə sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət etdik", - paylaşımda deyilir.
Nazir, həmçinin İnvestisiya İnkişafı Agentliyinin Vahid Təqdimat Mərkəzində Tatarıstanın iqtisadi və investisiya potensialı, sənaye klasterləri və XİZ-lərin fəaliyyəti barədə təqdimat barədə də məlumat verib.
"Mərkəzə səfərimiz çərçivəsində birgə investisiya perspektivlərinin reallaşdırılması imkanlarına dair müzakirələrimiz oldu", - M.Cabbarov qeyd edib.
***
Kazan şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tatarıstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes forumu keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Məlumata görə, hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. O, qeyd edib ki, rəhbərlik etdiyi qurumun dəstək alətlərinə daxili bazarın araşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili və s. daxildir.
Sədrin sözlərinə görə, KOBİA Azərbaycan və Tatarıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər. Agentlik 2019-cu ildən etibarən “Rusiya - İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi görüşlərin keçirilməsi planlaşdırılır.