BAKI, 28 aprel — Sputnik. Demək olar ki, bütün NATO ölkələrinin döyüş potensialı və imkanları Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) başlaması ilə Rusiya ilə qarşıdurma üçün istifadə edilib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Şanxay əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən iclasında deyib.
Şoyqu xatırladıb ki, xüsusi əməliyyat başladıqdan sonra Qərb dərhal Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edərək, həm də Kiyev üçün silah tədarükünü təşkil edib. Bundan savayı, Qərb, Kiyevi kəşfiyyat məlumatları ilə təmin etməyə başlayıb, həmçinin hərbi məsləhətçilər və muzdluları döyüş bölgəsinə göndərib. Bu, Qərbin Rusiya ilə qarşıdurmaya əvvəlcədən hazırlaşmağa başladığını göstərir.
Qeyd edək ki, bundan əvvəl Sergey Şoyqu Ukraynadakı münaqişədə Qərbin əsl məqsədinin Rusiyanı strateji cəhətdən məğlub etmək olduğunu bildirib.