RUSİYA

Ryabkov: Dünya hadisələrin fərqli inkişafının başlayacağı xəttə yaxınlaşıb

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın ABŞ-a bir daha heç vaxt birtərəfli güzəştə getməyəcəyini vurğulayıb.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Dünya hadisələrin keyfiyyətcə fərqli inkişafının başlaya biləcəyi xəttə yaxınlaşıb.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "aif.ru"ya müsahibəsində bildirib.
"Üçüncü dünya müharibəsinin astanasındayıq, nüvə silahının istifadə edilə biləcəyi müxtəlif ssenarilər, onların müzakirələri - bütün bunlar yaxşı həyatdan deyil. Bu, ictimai əhval-ruhiyyənin əksidir", - deyə Ryabkov qeyd edib.
Onun fikrincə, şübhəsiz ki, bundan sonra nəyin necə baş verə biləcəyi ilə bağlı gözlənilməz bir məqam var.
Ryabkov eyni zamanda Rusiyanın ABŞ-a bir daha heç vaxt birtərəfli güzəştə getməyəcəyini vurğulayıb.
"Bu ölkənin qarşısında əyilmək ona təzyiqi kəskin şəkildə artırmaq üçün güclü səbəb verir. Keçmişdə biz dəfələrlə bunu yaşamışıq. Vaşinqtonda insanlar uzadılan ələ bir addım irəliləyərək cavab vermək istəyi ilə idarə olunmur. Ən yaxşı vaxtlarda belə bu, əksinə olub, sadəcə olaraq, necə deyərlər, ciblərinə müəyyən güzəştlər qoyublar, özləri isə irəli gediblər", - deyə nazir müavini izah edib.
Ryabkov əmindir ki, hazırda Rusiyanın çeviklik nümayiş etdirməsi üçün heç bir resurs yoxdur.
"Birləşmiş Ştatlar ciddi söhbətə üçün yetişəndə bu, mümkün olacaq, lakin ciddi şəkildə maraqlar tarazlığı və Vaşinqtonla müəyyən razılaşmalar nəticəsində nə əldə edəcəyimizə dair hərtərəfli təhlil əsasında" - deyə rusiyalı diplomat bildirib.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyada nüvə münaqişəsi təhlükəsinin keçmədiyini vurğulayıb. O qeyd edib ki, Qərbin Ukraynaya silah tədarükü apokalipsisi yaxınlaşdırır.