BAKI, 28 aprel - Sputnik. Rusiyada dövlətə xəyanətə görə cəza sərtləşdirilib.
Rusiya Prezidenti Vladimir Putin aprelin 28-də bu barədə fərman imzalayıb.
Prezidentin fərmanı ilə Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası tətbiq edilib.
Bundan başqa, Putin diversiya və terrorçuluğa görə cinayət məsuliyyətinin sərtləşdirilməsi haqqında da qanun imzalayıb.
Belə ki, diversiyaya görə cəza 15 ildən 20 ilə qaldırılıb. Beynəlxalq terrorizmə görə cəza 10 ildən 12 ilə qədər artırılıb.
Terrorçuluq fəaliyyətini yardıma görə cəzanın minimum həddi 5 ildən 7-yə qaldırılıb.