BAKI, 28 aprel - Sputnik. Rusiya və Türkiyə turistlər üçün aviareyslərin sayını artırmaq barədə razılığa gəliblər.
Bu barədə “Hürriyet” qəzeti Türkiyənin Prezident Administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Bununla belə, nəşr uçuşların sayının nə qədər artırılacağını və başlayacağı vaxtı dəqiq göstərməyib (Report).
Qeyd edək ki, ötən il Rusiyadan Türkiyəyə 5 milyona yaxın turist yollanıb. Türkiyə rəsmiləri daha əvvəl 2023-cü il turizm mövsümündə 7 milyondan çox rusiyalını cəlb etmək istədiklərini açıqlamışdı.