HƏRBİ

"Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir

Hərbi qulluqçular "Rahat olmayan vəziyyətdən atış", "Snayper müdafiədə", "Snayper hücumda", "Snayper estafeti" və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.
Sputnik
BAKI, 28 aprel — Sputnik. 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif mərhələlərdən ibarət yarışda hərbi qulluqçular "Rahat olmayan vəziyyətdən atış", "Snayper müdafiədə", "Snayper hücumda", "Snayper estafeti" və digər mövzular üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması, Azərbaycan Ordusunda "Ən yaxşı snayper"in müəyyən olunmasıdır.
Qeyd edək ki, bir neçə gün öncə hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib.