SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputat Vahid Əhmədova töhmət verilib

Milli Məclisin İntizam komissiyası aprelin 28-də keçirilən iclasında deputatın cəzalandırılması ilə bağlı qərar qəbul edib.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib.
Bu barədə qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib.
Xatırladaq ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin aprelin 25-də keçirilən iclasında sərt tənqid olunub. Deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər. Sonda məsələyə İntizam komissiyasında baxılması barədə qərar verilib.