RUSİYA

Bakı rusiyalılar arasında ən populyar şəhərə çevrilib

Ötən illə müqayisədə may ayındakı bayramlar ərəfəsində səyahətə çıxan rusiyalıların sayı 20% artıb.
Sputnik
BAKI, 28 aprel — Sputnik. Rusiyalılar arasında may ayındakı bayramlar ərəfəsində xarici səfərlər üçün ən populyar şəhərlər Bakı, Daşkənd, İrəvan, İstanbul və Antalya olub.
Bu barədə "Yandex Travel" şirkəti apardığı araşdırmalar nəticəsində bildirib.
"Ən populyar şəhərlər İrəvan, İstanbul, Antalya, Daşkənd və Bakıdır. Qonşu ölkələri nəzərə almasaq, ən çox səyahət istiqamətləri İstanbul, Antalya, Dubay, Dalaman və Təl-Əvivdir", - deyə ekspertlər bildiriblər.
Onların məlumatına görə, rusiyalıların may ayındakı bayramlarında səyahət etmək üçün getdikləri ən populyar ölkələr Azərbaycan, Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Qırğızıstan, Misir və Çindir. Araşdırma göstərir ki, rusiyalıların əksəriyyəti, təxminən 80%-i Rusiya ətrafında səyahət edəcəklər. Rusiya şəhərləri arasında populyarlığa görə Sankt-Peterburq, Moskva, Soçi, Kazan, Nijni Novqorod, Kalininqrad, Yaroslavl, Gelencik, Volqoqrad, Yekaterinburq liderlik edir.
Araşdırmada qeyd olunub ki, ötən illə müqayisədə may ayındakı bayramlar ərəfəsində səyahətə çıxan rusiyalıların sayı 20% artıb.