İQTİSADİYYAT

Türkiyə Mərkəzi Bankı seçkilərdən öncəki son iclasında faiz qərarını açıqladı

Türkiyədə dolların məzənnəsi Mərkəzi Bankın faiz qərarından sonra 19,42 lirə səviyyəsindədir. Avro isə 21,47 lirə ətrafındadır.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi. Türkiyənin Mərkəzi Bankı faiz dərəcəsini növbəti dəfə 8,5% olaraq təsdiqləyib.
Mərkəzi Bankın məlumatına görə, inflyasiyanın səviyyəsində yaxşılaşma müşahidə olunmağa başlasa da, zəlzələnin yaratdığı tələb-təklif balanssızlığının inflyasiyaya təsiri yaxından izlənilir.
Maliyyə şərtlərinin dəstəklənməsi zəlzələdən sonra sənaye istehsalındakı sürətlənmənin davam etməsi və məşğulluğun artması baxımından daha da əhəmiyyət kəsb edir. Bu çərçivədə İdarə Heyəti pul siyasəti faizini sabit saxlamağa qərar verib. 2023-cü ilin ilk yarısında baş verən zəlzələnin təsirləri yaxından izlənəcək.
Qeyd edək ki, qərar Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun sədrlik etdiyi Maliyyə Siyasəti Komitəsinin iclasında verilib.
Türkiyədə dolların məzənnəsi Mərkəzi Bankın faiz qərarından sonra 19,42 lirə səviyyəsindədir. Avro isə 21,47 lirə ətrafındadır.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə fevral ayının 23-də uçot dərəcəsini azaldıb və 9%-dən 8,5%-ə endirib.
2022-ci ildə 40% yüksələn və ili 18,70 lirə ilə bağlayan dolların məzənnəsi 2023-cü ilin ilk aylarında dar dəhlizdə hərəkət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.