BAKI, 28 aprel — Sputnik. Azərbaycan və Gürcüstanla sərhəddə bir sıra Rusiya sərhəd-keçid məntəqələrinin yenidən qurulması və müasirləşdirilməsi 2026-cı ilin sonuna avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmini 2,6 dəfə - indiki rəqəmlərlə desək, 10 milyon tondan ildə 26,3 milyon tona qədər artırmağa imkan verəcək. Bu barədə İNTERFAX-a "Beynəlxalq Nəqliyyat Dəhlizləri Direksiyası" Muxtar Qeyri-kommersiya Təşkilatının (MQT) direktor müavini Sergey Saburov "Xəzər regionunun nəqliyyat logistikası" forumunun kuluarlarında bildirib.
O qeyd edib ki, dəmir yolu yüklərinin buraxılış həcmi də ildə 15 milyon tonadək artacaq. Söhbət Yuxarı Lars keçid məntəqələrindən (Gürcüstanla sərhəddə), həmçinin Dağıstanın Yaraq-Kazmalyar, Taqrikent-Kazmalyar, Novo-Filya və Dərbənddən (Azərbaycanla sərhəddə) gedir.
"Keçid məntəqələrinin infrastrukturunun inkişafı baxımından bir sıra obyektlərin Yuxarı Lars, Yaraq-Kazmalyar, Taqrikent-Kazmalyar, Novo-Filya, Dərbənd) yenidən qurulması planlaşdırılır. Avtomobil keçid məntəqələrinin keçid qabiliyyəti ildə 26,3 ton təşkil edəcək ki, bu da ildə 16,3 milyon tona yüksələcək.Tədbirlərin həyata keçirilməsindən sonra dəmir yolu keçid məntəqəsinin keçid qabiliyyəti 15 milyon ton təşkil edəcək", - deyə Saburov bildirib.
MQT-nin direktor müavini qeyd edib ki, İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi layihəsi üzrə İran və Azərbaycan tərəfləri ilə eyni vaxtda işlər aparılır.
Saburovun sözlərinə görə, bu layihə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yüklərin daha sürətli və rahat keçidini təmin etməklə, onların dəmir yolundan avtomobil nəqliyyatına yenidən yüklənməsi ehtiyacını aradan qaldırmağa imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.