BAKI, 27 aprel — Sputnik. Slovakiyanın sabiq Baş naziri Robert Fitso ölkənin baş naziri postuna mümkün qayıdacağı təqdirdə Kiyevə hərbi yardımdan imtina etməyə hazır olduğunu bildirib. Fitso qeyd edib ki, bu halda o, Qərbin Rusiyaya qarşı sanksiya siyasətinə veto qoya biləcək.
Bu barədə "Komsomolskaya Pravda" Slovakiyanın "Smer" partiyasının liderinin sözlərinə istinadən xəbər verib.
"Mən sadəcə Qərb ölkələri arasında yaxşı imic naminə Ukraynaya ölümcül silahlar vermək istəmirəm. Bizim öz fikrimizə sahib olmaq hüququmuz var", - deyə Slovakiyanın sabiq Baş naziri bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynanın NATO-nun hərbi blokuna daxil olması ehtimalı dünya təhlükəsizliyinə təhlükə yaradır və bu, "böyük cəfəngiyatdır". Fitsonun fikrincə, münaqişə tezliklə diplomatiya yolu ilə həll edilməlidir.
"Ukraynanın NATO-ya qəbul edilməsi üçüncü dünya müharibəsinin başlaması deməkdir, buna görə də bizim bununla bağlı ciddi problemlərimiz var", - deyə siyasətçi hesab edir.
Xatırladaq ki, Kiyevin NATO-ya üzv olmasının qarşısını almaq Ukraynada xüsusi əməliyyatın keçirilməsinin səbəblərindən biridir. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun fikrincə, Ukraynanın Şimali Atlantika hərbi blokuna daxil olması Rusiyanın təhlükəsizliyinə ciddi təhdid yaradacaq və təşkilatın Baş katibi Yens Stoltenberqin Kiyevi alyansa qəbul etməyə hazır olması barədə açıqlamaları isə Vladimir Putinin xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərarının düzgün olduğunu təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.