İQTİSADİYYAT

Nazir açıqladı: Tatarıstanın iri müəssisələri ilə əməkdaşlıq edə bilərik

Tatarıstanın iri müəssisələrinin rəhbərləri ilə keçirilən görüşdə əməkdaşlıq, xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar və perspektiv layihələr əsas müzakirə mövzusu olub.
Sputnik
BAKI, 27 aprel — Sputnik. Azərbaycan və Tatarıstan rəsmiləri arasında qarşı tərəfin iri müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Tatarıstanın iri müəssisələrinin rəhbərləri ilə keçirdiyimiz görüşlərdə ölkəmizlə əməkdaşlıq, xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar və perspektiv layihələr əsas müzakirə mövzuları oldu", - deyə nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.