BAKI, 27 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb. C.Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb. Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna ötən gün Azərbaycana gəlib. Fransalı nazir bununla bağlı tvitterdə paylaşım edib.
"Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır", - paylaşımda deyilir.
Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.