BAKI, 27 aprel - Sputnik. Dövlət Gömrük Komitəsinin əməkdaşları Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsindədir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Azərbaycan gömrükçüləri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında fəaliyyətə başlayıblar.
Azərbaycan gömrükçüləri Laçında
© Photo : Azerbaijan State Customs Committee
Xatırladaq ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.