DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya əhalisinin sayı 30 faiz azala bilər

"Aşağı doğum nisbətindən" çıxış etsək, Yaponiya əhalisinin 100 milyon səviyyəsindən aşağı azalması hələ 2052-ci ildə baş verə bilər.
Sputnik
BAKI, 26 aprel — Sputnik. 2070-ci ilədək 65 yaşdan yuxarı yaponların nisbəti ümumi əhalinin, təxminən 40%-ni təşkil edəcək. Həmin vaxta qədər Doğan Günəş ölkəsinin sakinlərinin sayı 2020-ci illə müqayisədə, təxminən 30% azala bilər.
Yaponiya Milli Əhali və Təhlükəsizlik İnstitutunun statistik proqnozu bunu deməyə əsas verir.
Belə ki, 2070-ci ildə 65 yaşdan yuxarı "orta doğum nisbəti" ilə yaponlar ümumi əhalinin 38,7%-ni təşkil edəcək ki, bu da cədvəldə göstərilən digər ölkələr arasında ən yüksək göstəricidir. Ən yaxın göstəricilər İtaliya (37,37%), Yunanıstan (35,45%) və Portuqaliya (35,3%) üçün proqnozlaşdırılır.
Demoqrafların fikrincə, Yaponiyada doğum səviyyəsi aşağı olarsa, 2070-ci ilə qədər 65 yaşdan yuxarı insanların sayı ümumi əhalinin 42%-nə çata bilər.
"Orta doğum səviyyəsi"nə əsaslanan proqnoza görə, Yaponiya əhalisi 2056-cı ilə qədər 100 milyon nəfərdən aşağı düşəcək. Əgər "aşağı doğum nisbətindən" çıxış etsək, Yaponiya əhalisinin 100 milyon səviyyəsindən aşağı azalması hələ 2052-ci ildə baş verə bilər.
Ən əlverişsiz proqnozla 2070-ci ilə qədər Yaponiyanın əhalisi, təxminən 80,2 milyon nəfər olacaq ki, bu da ölkədə 126,15 milyon vətəndaşın yaşadığı 2020-ci illə müqayisədə, təxminən 30% azdır. Eyni zamanda, 14 yaşa qədər yaponların sayı cəmi 7,1% təşkil edəcək.
2070-ci ilə qədər Yaponiyada yaşayan xarici vətəndaşların sayı, təxminən 10,8% təşkil edəcək, 2020-ci ildə isə onlar Yaponiya əhalisinin yalnız 2,2%-ni təşkil edəcək.