RUSİYA

Rusiya Avropaya tədarük olunan neftin 20%-ni Asiyaya yönləndirib - Novak

Rusiya baş nazirinin müavini Aleksandr Novak çərşənbə günü "Bilik" maarifləndirmə marafonunda çıxış edib.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Rusiya Avropaya tədarük olunan neftin, təxminən 20% -ni Asiya bazarlarına yönəldib, Asiyaya qaz tədarükü də artıb.
Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Əvvəllər Avropaya göndərilən enerji resursları... böyük həcmdə yeni bazarlara yönəldiliblər. Məsələn, neftdən danışsaq, əvvəllər Avropaya çatdırılan həcmlərin, təxminən 20% -ni digər bazarlara yönəltdik. Bu, Hindistan, Çin və digər ölkələrdir", - deyə Novak çərşənbə günü "Bilik" maarifləndirmə marafonunda çıxış edərkən bildirib.
"Qazdan danışsaq, burada tədarükün həcmini azaltmışıq, onun da bir hissəsi Asiyaya yönləndirilib, xüsusən də keçən il Çinə tədarüklər, təxminən 50% artıb", - deyə baş nazirin müavini əlavə edib.