RUSİYA

Mişustin: Qərbdə rus dilini qadağan etməyə çalışırlar ki, insanlar öz tarixini unutsunlar

Baş verən hadisələrin səbəblərini düzgün başa düşməyə məhz tarixi bilik kömək edir.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Qərb rus dilindən, kitablardan, filmlərdən, musiqidən istifadəni tamamilə qadağan etməyə çalışır ki, insanlar öz adət-ənənələrini və tarixini unutsunlar.
Rusiyanın baş naziri Mixail Mişustin bunu çərşənbə günü "Bilik" marafonunda çıxışı zamanı deyib.
"Biz rus dilinin, bu dildə olan kitabların, filmlərin, musiqinin, internetdəki bütün məzmunlarımızın istifadəsini tamamilə qadağan etmək cəhdlərini görürük. Rusiyanın bu cür ləğv siyasəti insanların eyni dildə danışa bilməməsinə, ənənələrini, tarixini unutmasına, keçmişdən dərs ala bilməməsinə yönəlib. Lakin baş verən hadisələrin səbəblərini düzgün başa düşməyə bizə məhz tarixi bilik kömək edir", - deyə Mişustin bildirib.
Rusiyanın baş naziri qeyd edib ki, buna görə də Rusiya və qonşu xalqların tarixi yaddaşını qorumaq, rus dilinə və adət-ənənələrinə qayğı ilə yanaşmaq çox vacibdir.