RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Əsirlikdə olan rusiyalı hərbçilər geri qaytarılıb - Rusiya MN

Aprelin 26-da danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 40 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb.
Sputnik
BAKI, 26 aprel — Sputnik. Danışıqlar nəticəsində 40 rus hərbçisi əsirlikdən qayıdıb. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Aprelin 26-da danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 40 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb.
"Azad edilənlərin hamısına lazımi tibbi və psixoloji yardım göstərilir", - Rusiya MN-dən bildirilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.