BAKI, 26 aprel — Sputnik. Ermənistan Azərbaycan tərəfinin Laçında nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.
"Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı Azərbaycana qarşı iddia Beynəlxalq Məhkəməyə göndərilib. Azərbaycanın bu hərəkətləri Laçın dəhlizi boyunca maneəsiz hərəkəti təmin etmək üçün BƏM-in qərarının kobud şəkildə pozulmasıdır", - Ermənistan nümayəndəsinin beynəlxalq hüquqi məsələlər üzrə sözçüsü Hasmik Samvelyan "İnterfaks"a bildirib.
BMT-nin ali məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə məlumat yayıb.