BAKI, 26 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimindən əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Bu barədə RİA Novosti Türkiyə prezidentinin sözçüsü İbrahim Kalına istinadən məlumat yayıb.
"Akkuyu AES-də keçiriləcək mərasimdən əvvəl cənab prezident Putinlə telefon danışığı aparacaq", - Kalın bildirib.
Mərasim aprelin 27-nə təyin edilib. Bundan əvvəl Türkiyə lideri Putinin mərasimə videokonfrans vasitəsilə qoşulacağını açıqlayıb.