DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Canlı yayımda halı pisləşən Ərdoğanın son durumu açıqlanıb - VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək.
Sputnik
BAKI, 26 aprel — Sputnik. "Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır".
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: "Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək".
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.