RUSİYA

Bu laboratoriyalar dövlətin bioloji suverenliyini məhdudlaşdırır - Anna Popova

"Rospotrebnadzor"un rəhbəri bildirib ki, belə biolaboratoriyaların yaranması həmişə onların yerləşdiyi ölkənin bioloji suverenliyinin məhdudlaşdırılması ilə bağlıdır.
Sputnik
BAKI, 26 aprel — Sputnik. ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən bioloji laboratoriyaların hansısa ölkədə mövcud olması onların yerləşdiyi dövlətin bioloji suverenliyini məhdudlaşdırır, Afrika ölkələri belə əməkdaşlığın nə üçün lazım olduğu ilə maraqlanır. Bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova deyib.
"Afrikadakı həmkarlarımız suallarına cavab verilməyəndə, bu və ya digər ölkənin alimlərinin belə bir laboratoriyaya buraxılmaması faktı ilə üzləşdikdə, təbii ki, təəccüblənirlər ki, o zaman niyə belə bir əməkdaşlıq var? - Popova "Rossiya 24" kanalının efirində deyib.
O qeyd edib ki, belə biolaboratoriyaların yaranması həmişə onların yerləşdiyi ölkənin bioloji suverenliyinin məhdudlaşdırılması ilə bağlıdır, çünki onların yerləşdiyi ölkənin vətəndaşları və ya vəzifəli şəxslərinin işin nəticələrinə və onların fəaliyyətinə çıxışı yoxdur.