RUSİYA

Rusiyaya qarşı sanksiyalar işləmir - Medvedev

Siyasətçi xatırladıb ki, son 30 ildə müharibənin qarşısını almaq mümkün olub, lakin sonda bu, baş verdi.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Rusiyaya qarşı sanksiyalar işləmir, onlar ölümcül təsir göstərməyib və bu baş verməyəcək. Yeni məhdudiyyətlərin yalnız bir məqsədi var - ABŞ-a sədaqət nümayiş etdirmək. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, Rusiya müharibəyə sürüklənib.
Siyasətçi xatırladıb ki, son 30 ildə müharibənin qarşısını almaq mümkün olub, lakin sonda bu, baş verdi: "Bizi müharibəyə məcbur etdilər. Bu, bir tərəfdən SSRİ-nin dağılmasının nəticəsidir, digər tərəfdən isə vətəndaş müharibəsinin hibrid formasıdır, bir xalqın müxtəlif hissələri bir-biri ilə üz-üzə gətirildi”, - Medvedev deyib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.