SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rumen Radev: Geosiyasi vəziyyət bizi Azərbaycanla bir olmağa təşviq edir

Bolqarıstan Prezidenti vurğulayıb ki, imzalanan memorandum əməkdaşlığı gücləndirəcək, bölgədəki qaz transmissiyasının həcmini artıracaq.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Bu yeni təşəbbüslər beynəlxalq logistika xəritəsini dəyişəcək.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev bu ölkənin "Bulgartransgas", Rumıniyanın "Transgas", Macarıstanın FGSZ, Slovakiyanın "Eustream" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.
Bolqarıstan Prezidenti vurğulayıb ki, imzalanan memorandum əməkdaşlığı gücləndirəcək, bölgədəki qaz transmissiyasının həcmini artıracaq:
"Biz artıq həm də yaşıl energetika haqqında da danışmalıyıq. Biz Azərbaycan Prezidenti ilə birlikdə SOCAR-ın Sofiyadakı ofisini açacağıq. Demək istərdim ki, geosiyasi vəziyyət bizi bir olmağa təşviq edir".