RUSİYA

Peskov Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti barədə

Kremlin sözçüsü deyib ki, Rusiya çətin də olsa, BMT Təhlükəsizlik Şurasına sədrlik edir, vəzifələrini yerinə yetirir, mövqeyini təqdim edir.
Sputnik
BAKI, 25 aprel — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasında öz funksiyalarını yerinə yetirir və mövqeyini ortaya qoyur, lakin Rusiya nümayəndə heyətinin işi çox çətindir.
Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əlbəttə, indi bu iş çox çətindir, lakin Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir, vəzifələrini yerinə yetirir, mövqeyini təqdim edir. Bu, çox vacibdir. Bu iş, əlbəttə ki, davam edəcək" - Peskov Rusiya nümayəndə heyətinin BMT-dəki ilk iş gününə dair Kremlin qiymətləndirmələri ilə bağlı sualı cavablandırarkən deyib.
Aprelin 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının çoxtərəflilik üzrə iclasını keçirib. Aprelin 25-də o, Yaxın Şərq nizamlanmasına dair görüş keçirəcək.